Rza Zərrabdan balıq jesti

Rza Zərrabdan balıq jesti
  07 İyul 2014    Oxunub:1306
Türkiyədəki rüşvət və korrupsiya qalmaqalından sonra mətbuatın gündəmindən düşməyən Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab bu dəfə də Bodrumdakı “təzə balıq” söhbəti ilə türk mediasını zəbt edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru Gündeş həyat yoldaşı və qızı ilə birlikdə Bodrumdakı lüks villalarında istirahət edirlər. İstirahətin maraqlı məqamı isə müğənninin hər axşam yeməyində təzə balıq yeməsidir. Axşam yeməyi zamanı təzə balıq yeyən Ebru Gündeş üçün həyat yoldaşı görünməmiş bir üsula əl atıb. R.Zərrab təzə balığa görə xüsusi dalğıc qrupu yaradıb və qayıq alıb.

Bununla da Ebru Gündeş nə vaxt balıq istəyərsə, Rza Zərrab həmin an dalğıclara xəbər verir. Bodrum dənizindən yeni balıq ovlayan dalğıclar ən azı 1 saata balıqlara onlara çatdırmalıdır. Cütlük bu üsulla təzə balıq yemək üçün insanların çox olduğu restoranlara getmirlər.

AzVision.az


Teqlər:



Xəbər lenti