Yavər Camalovun müavinlərini: Onları da tanıyın!

Yavər Camalovun müavinlərini: Onları da tanıyın!
  07 İyul 2014    Oxunub:7477
Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraqını cəlb edir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri... Əksəriyyət onların adını belə bilmir.

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı rubrikanı davam etdirir. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılacaq.

Bu dəfə müdafiə sənayesi naziri Yavər Camalovun müavinlərindən bəhs edəcəyik. 2006-ci ildən nazir postunda qərarlaşan Y.Camalovun cəmi 2 müavini var.

Onları tanıyaq:

Fəhləlikdən məmurluğa...



Yəhya Musa oğlu Musayev - müdafiə sənayesi nazirinin müavinidir. Onunla bağlı mətbuatda ara-sıra məlumatlara rast gəlmək mümkündür.

Y.Musayev 1959-cu ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1979-1980-ci illərdə fəhlə işləyib. 1980-1982-ci illərdə «Azneftyoltikintitəmir» trestində mühəndis, iqtisadçı olub.
1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləyib.
1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib vəzifəsində çalışıb.

O, daha sonra 1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib.

1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib olub.
2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi işləyib.

2004-2006-cı illərdə Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində baş direktorun müşaviri kimi fəaliyyətini davam etdirib.

Prezidentin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Ailəlidir, bir oğlu var.

Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

72 yaşlı nazir müavini...



Yavər Camalovun digər müavini isə Tofiq Yusuf oğlu Rəfiyevdir. O 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965- ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1969-cu ildə SSRİ Elmlər Akademiyasının A.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutunun aspiranturasını bitirib.

1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində radiotexnik, baş laborant, laboratoriya müdiri işləyib.

1970-1972-ci illərdə Fizika İnstitutunda laborant, mühəndis işləyib.
1972-1976-cı illərdə SSRİ HSK-nın «Azon» zavodunda böyük mühəndis, konstruktor, aparıcı mühəndis işləyib.

1976-1981-ci illərdə Partiya işlərində çalışıb. 1981-1992-cı illərdə SSRİ HSK-nın Elektron Hesablayıcı Maşınlar, Bakı Radio və «Alunit» zavodlarında istehsalat şöbəsinin rəisi, xüsusi konstruktor bürosunun rəis müavini, baş mühəndis vəzifələrində işləyib.
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsində şöbə rəisi işləyib.

1992-2001-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olub.

2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində sədr köməkçisi, şöbə müdiri işləyib.

2006-cı ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində şöbə müdiri işləyib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Ailəlidir, 2 qızı var.
Prezidentin sərəncamı ilə "Əməkdar Dövlət Qulluqqcusu" fəxri adı verilib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti