Leyla Yunusundan özbaşınalıq

“Media forum” saytına açıqlama verən hüquq müdafiəçisi deyib ki, sənədləri geri qaytarılmasa prokurorluğa getməyəcək: “Prokurorluq qanunsuz olaraq iki aydan çoxdur pasportlarımızı və evimizin sənədlərini götürüb. Yalnız sənədlərimiz bizə qaytarıldığı təqdirdə prokurorluğa gedəcəm. Bu gün də sözümün üstündə durub ifadə verməyə getmədim. Bu gün prokurorluqdan heç kim zəng etməyib. Evimizin qarşısına da gələn yoxdur”.
Aprelin 28-i gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib