Şeyx Sabirabad olayından danışdı: “Çox ciddi səhv edib”

Şeyx Sabirabad olayından danışdı: “Çox ciddi səhv edib”
  07 İyul 2014    Oxunub:924
“Bu addımı kim atıbsa çox ciddi səhv edib və həmin şəxs özbaşınalığa görə cəzasını almalıdır”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu günlərdə Sabirabadda vəhhabi təriqətindən olan şəxsin saqqalının qırxılmasını şərh edərkən bildirib.

A.Paşazadə bu addımın daha çox təxribat xarakterli olduğunu deyib, hansı qüvvələrinsə ölkədə daxili sabitliyi pozmaq istədiyini bildirib. Onun firkincə, ölkə daxilində məzhəbdaxili qarşıdurmalar yaratmağa qadir qüvvələr yoxdur. Ayrı-ayrı şəxslər arasında “kiçik söz-söhbət” ola bilər, amma bu elə şəxslər arasında məsələ kimi də qalacaq. Azərbaycanda geniş mənada dini tolerantlıq var, bu səbəbdən üzündən məzhəblərarası toqquşmaların baş verməsi mümkün deyil.

QMİ sədri mətbuata tövsiyə verməyi də unutmayıb. Onun fikrincə, mətbuat bu məsələyə həssas yanaşmalı, hadisəni şişirtməməlidir. Mətbuat bu məsələyə həssas və ölçülü-biçili yanaşmalıdır. “O ki, qaldı kimlərinsə neçə maşınla buradan Sabirabada hərəkət etməsi, vəhabilərin kimlərəsə kütləvi hücum etmələri kimi əsassız xəbərlərin yayılmasına bu daha çox hadisələrin qızışdırılmasında maraqlı olan qüvvələrin təxribatına oxşayır” - şeyx qeyd edib. (Turan)


Teqlər:  





Xəbər lenti