DİN 29 nəfəri həbs etdi

DİN 29 nəfəri həbs etdi
  07 İyul 2014    Oxunub:963
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti