Kənan Məmmədov yeniden seçildi

Kənan Məmmədov yeniden seçildi
  07 İyul 2014    Oxunub:4674
Azərbaycan MMA (Qarışıq Döyüş Növləri) Liqasının növbəti hesabat-seçki konfransı keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, əvvəlcə son illərdə görülən işlər barədə məlumat verilib.
Daha sonra quruma prezident seçkiləri keçirilib. Konfrans iştirakçıları səsvermə yolu ilə prezidentin səlahiyyətlərinin artırılması barədə qərar qəbul ediblər.

Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədovun növbəti müddətə quruma rəhbərlik etməsi üçün namizədliyi irəli sürülüb.

Səsvermə zamanı K.Məmmədov yekdilliklə quruma prezident, Rövşən Həsənov isə fəxri prezident seçiliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti