Arzu Rəhimov Şəkidə vətəndaşları dinləyəcək

Arzu Rəhimov Şəkidə vətəndaşları dinləyəcək
  08 İyul 2014    Oxunub:969
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 31-də saat 10:00-da qurumun Şəki rayon şöbəsinin inzibati binasında Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata göeə, qəbula yazılmaq istəyən vətəndaşlar iyulun 30-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.


Teqlər:





Xəbər lenti