Kolleclərə ixtisas seçimi davam edir

Kolleclərə ixtisas seçimi davam edir
  08 İyul 2014    Oxunub:805
Ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu il iyulun 2-də başlanmış və bu proses iyulun 10-da saat 23.59-da başa çatacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə həyata keçirilir və iyulun 7-dək müsabiqə şərtlərini ödəmiş 20 minə yaxın abituriyentdən 15 mini ixtisas seçimi ərizələrini təsdiq edib.

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” yalnız təsdiq edildikdən sonra hüquqi əhəmiyyətə malik olur.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunub. Abituriyentlər, eyni zamanda, elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.


Teqlər:





Xəbər lenti