Məmmədyarov gürcü spikerlə görüşdü
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafında parlamentlərarası diplomatiyanın kəsb etdiyi əhəmiyyətindən danışaraq, bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
David Usupaşvili Azərbaycanın regionun sabitliyinə və inkişafına töhfə verdiyini bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistanın regiondakı inkişaf proseslərindən və regional layihələrdən kənar qalmasının əsas səbəbinin Ermənistanın işğalçı siyasətində olduğunu vurğulayıb.
Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkələrimiz arasında dostluq və mehriban qonşuluq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirmiş və hər iki ölkənin parlamentinin də bu xüsusda öz töhfəsini verməyə hazır olduğunu deyibr.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və regional layihələr barəsində fikir mübadiləsi aparılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


