Vasif Talıbov çimərliyin açılışında - FOTO

Vasif Talıbov çimərliyin açılışında - FOTO
  08 İyul 2014    Oxunub:1599
İyulun 7-də Uzunoba su anbarında yeni istirahət mərkəzi – Naxçıvan Şəhər Çimərliyi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək bu gün Naxçıvan şəhərində aparılan quruculuq işlərinin bütün sahələri əhatə etdiyini deyib. Bildirib ki, hazırda şəhərdə 5 səhiyyə, 9 mədəniyyət, 6 təhsil, 5 inzibati və 5 yaşayış obyektində tikinti və yenidənqurma işləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şəhər Çimərliyinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, burada şəhər sakinlərinin və muxtar respublikaya gələn qonaqların istirahətinin səmərəli təşkil olunacağını bildirərək deyib: Ölkəmizin iqtisadi inkişafı insanların rifah halının və məişət şəraitlərinin yaxşılaşmasına səbəb olmuşdur. İqtisadi inkişaf və bununla yanaşı, sosial problemlərin həlli, həm də insanların istirahətlərinin səmərəli təşkilinə ictimai tələbatı artıb. Bu baxımdan yeni istirahət mərkəzlərinin yaradılması zərurətə çevrilib.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada insanların yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Tikinti materiallarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, avtomobillərin kredit yolu ilə satışının təşkil edilməsi insanların mənzil və avtomobil təminatına hərtərəfli şərait yaradıb. Son illər Naxçıvan şəhərinin ətrafında yaradılan istirahət mərkəzləri isə sakinlərin və gələn qonaqların asudə vaxtlarının səmərəli təşkilinə imkan verir. Bu gün istifadəyə verilən yeni çimərlik də yay istirahət zonası kimi şəhər sakinlərinin və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlamlıqlarının qorunmasına xidmət edəcəkdir.

Ali Məclisin Sədri çimərlik istirahət zonasından səmərəli istifadə olunması barədə aidiyyəti orqanlara tapşırıqlar verərək deyib: Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə çimərlik -istirahət zonasında su və digər idman növləri üzrə yarışların keçirilməsini, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin təşkilini diqqət mərkəzində saxlamalıdır. Burada yaradılan şərait və göstərilən xidmət gənclərin asudə vaxtlarının təşkili ilə yanaşı, onların qarşılıqlı dostluq münasibətlərinin yaranmasına da xidmət edəcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə yaşıllıqların artırılmasını, Nəqliyyat Nazirliyi çimərlik zonasına Naxçıvan şəhərindən avtobus xidmətinin göstərilməsini təmin etməlidir.

Ali Məclisin Sədri çimərliyin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsib.


Teqlər:





Xəbər lenti