Dövlət Komitəsindən saqqallılara cavab

Dövlət Komitəsindən saqqallılara cavab
  08 İyul 2014    Oxunub:735
Son günlər Azərbaycanda müxtəlif məzhəbə qulluq edən insanlar arasında ixtilafların baş verməsi barəsində mətbuatda məlumatlar yayılır.
Sabirabad və digər rayonlarda vəhabilər, digər bu təriqətin nümayəndələri arasında ziddiyətlərin yarandığı bildirilir. İnsanlar bu vəziyyətdən çox narahatdırlar.

AzVision.az xəbər verir ki, bu məlumatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən anspress-ə bildirilib ki, DQİDK ölkədəki dini vəziyyətə nəzarəti həyata keçirir və adıçəkilən məsələlər də diqqət mərkəzindədir. Dövlət Komitəsi bu istiqamətdə araşdırma aparıb müvafiq addımlar atacaq.

"Eyni zamanda bildiririk ki, dini duruma mənfi təsir edə biləcək istənilən addımların qarşısı alınacaq".

Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabadda çəkildiyi iddia edilən bir video yayılıb. Həmin vidoeda bir qrup şəxs sələfi təriqətinə məxsus şəxsi dövrəyə alıb onun saqqalını qırxdığı əks olunub.


Teqlər:  





Xəbər lenti