Deputat vəhhabi-şiə olayına qarışdı
.jpg)
Deputat hesab edir ki, Azərbaycanda əslində ənənəvi və ya qeyri- ənənəvi din mənsubları problemi yoxdur.
“Şərti olaraq hər iki cinahda kifayət qədər saqqalı və ya əksinə möhürü İslamın əsas atributu kimi referans götürən şəxslər var, eyni zamanda çox sayda əsas atribut kimi Quranı referans götürən şəxslər var. Ənənəvi və ya qeyri-ənənəvi din olmur, sadəcə doğru və yaxud təhrif olunmuş İslam olur. Doğru İslamın hüdudlarını insanın ağlı ilə idrak etdiyi Quran təyin edir. Təhrif olunmuş İslam isə, hər kəsin öz inandığı hədisi, rəvayəti cahilcəsinə Quran hökmü kimi təqdim etməsi zamanı yayılmağa başlar. Azərbaycanda Quran ağırlıqlı İslamın orta məktəbdən başlayaraq insanlarımıza tanıtımı sistemli şəkildə aparılarsa, İslam adı ilə ənənəvi və ya qeyri-ənənəvi din mənsubları sayılanların da doğru-dürüst İslam mənsubu olacaqlarına ümid etmək olar”.
AzVision.az