Azərbaycanda səfərbərlik elan edildi?

Azərbaycanda səfərbərlik elan edildi?
  08 İyul 2014    Oxunub:3957
Azərbaycanın bəzi bölgələrində ehtiyatda olan hərbçilərin yenidən çağırışına başlanılıb.

AzVision.az-a daxil olan özəl məlumata görə, həqiqi hərbi xidmətlərini başa vuran əsgərlər qeydiyyatda olduqları hərbi komissarlıqlara çağırılıblar.

Onlar səfərbərliyə hazırlıq məqsədi ilə qeydiyyata alınıb, bəziləri isə bir neçə günlük hərbi hissələrə göndəriliblər.

Təxris olunan hərbçilərin saytımıza bildirdiyinə görə, onlara hətta 3 ay müddətinə ölkəni tərk etməmək barədə bildiriş təqdim olunub.

Bu hal Sumqayıt, Mingəçevir, İsmayıllı və başqa bir neçə şəhər və rayonlarda müşahidə olunur.

Bununla bağlı Müdafiə Nazirliyinə rəsmi sorğu göndərsək də hələlik heç bir açıqlama verilməyib.

Azvision.az


Teqlər:  





Xəbər lenti