Həbsxanada növbəti qanunsuzluq

Həbsxanada növbəti qanunsuzluq
  08 İyul 2014    Oxunub:733
Bakıda 1 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mirhəsən Miri oğlu Dadaşovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Gülxanım İsrafil qızı Vəliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun əl çantasında gizlətdiyi 1 (bir) ədəd "Motorolla" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Mirhəsən Dadaşov Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 263.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti