Qamət Süleymanovdan şiələrə xəbərdarlıq - VİDEO

Qamət Süleymanovdan şiələrə xəbərdarlıq - VİDEO
  08 İyul 2014    Oxunub:2305
Azərbaycanda sələfi təriqətinin lideri Qamət Süleymanov Sabirabadda baş verən olaya yenidən münasibət açıqlayıb.
AzVision.az xəbər verir ki, Q.Süleymanov sələfilərə və eləcə də şiə təriqətinin üzvlərinə müraciət edərək onları bu kimi hadisələrə yolverməməyə çağırıb.

“Bu hadisələr xoşagəlməyən hadisələrdir. Çalışaq lazımdır belə hadisələr təkrarlanmasın. Məzhəblərarası söhbət ağır məsələdir. Bu söhbətlər heç kəsin xeyrinə deyil. Belə hadisələri başqa qrupların təsiri altına düşənlər edir. Belə hadisələrə yol verməmək lazımdır”.

Q.Süleymanov Sabirabad olayında Azərbaycan dövlətinə güvəndiyini bildirib.

“Bizdə hökuməti hədələmək yoxdur. Hədələyənləri tənqid edirik. Ən birinci səbrli olmaq lazımdır. Artıq hərəkətə yol vermək lazım deyil. Hökumətimiz var. Biz güvənirik. Adil şəkildə həll ediləcəyinə inanırıq”.



AzVision.az


Teqlər:





Xəbər lenti