Tokayev İlham Əliyevə zəng edib

   Tokayev İlham Əliyevə zəng edib
  09 Sentyabr 2024    Oxunub:235
Sentyabrın 9-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
AzVision.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti, ilk növbədə, ölkədə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan Respublikası Prezidentinin iştirakını xüsusi qeyd edib. Prezident İlham Əliyev Məşvərət görüşünə dəvətə görə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı hazırda Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qazaxıstan Prezidenti öz növbəsində Azərbaycan idmançılarının bu Oyunlarda fəal iştirak etdiklərini vurğulayıb.

Bu ay Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub. Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.

Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib. Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti