"Krım Ukraynanın nəzarətinə qayıtmalıdır" - Ərdoğan

"Krım Ukraynanın nəzarətinə qayıtmalıdır"    - Ərdoğan
  11 Sentyabr 2024    Oxunub:873
"Rusiya Krım yarımadasına nəzarəti Ukraynaya qaytarmalıdır".
Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması liderlərinin IV Zirvə toplantısına videomüraciətində deyib.

"Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz sarsılmazdır. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir", - Ərdoğan qeyd edib.

O vurğulayıb ki, Türkiyənin mövqeyi yalnız yarımadanın işğaldan azad edilməsidir. Çünki Ankara Krımın Rusiyaya ilhaqını heç vaxt tanımayıb. Türkiyə lideri Krım tatarlarının Rusiya işğalı ilə bağlı yaşadığı dözülməz mənəvi ağrılarına da toxunub və bu onlara dəstək siyasətini davam etdirəcəyinə söz verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım  





Xəbər lenti