Böyük yeddilik İrandan tələb etdi: "Dərhal dayanın!"

 Böyük yeddilik İrandan tələb etdi:  "Dərhal dayanın!"
  15 Sentyabr 2024    Oxunub:1051
G7 xarici işlər nazirləri İrandan Rusiyaya ballistik raketlər və PUA satışını dayandırmağı tələb ediblər.
AzVision.az xəbər verir ki, G7 xarici işlər nazirləri birgə bəyanat yayaraq, İranı Rusiyaya ballistik raketlər göndərməkdə qınayıblar.

Bəyanatda deyilir: “İran Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsinə istənilən dəstəyi dərhal dayandırmalı, Ukrayna xalqına, eləcə də Avropaya və beynəlxalq təhlükəsizliyə birbaşa təhdid yaradan ballistik raketlərin, PUA-ların və əlaqəli texnologiyaların tədarükününə son qoymalıdır”.

Son günlər Qərb ölkələri israrla iddia edirlər ki, İran artıq “Fath-360” raketlərinin birinci partiyasını Rusiyaya çatdırıb. Tehran bunu inkar edir, Moskva isə şərh verməkdən boyun qaçırır.

Xatırladaq ki, sentyabrın 10-da Böyük Britaniya, Fransa, Almaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib, bu ölkəyə birbaşa uçuşları dayandırıblar.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti