Lökbatanda vulkan püskürüb

Lökbatanda vulkan püskürüb
  18 Sentyabr 2024    Oxunub:763
Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.
Bu barədə AzVision.az -a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vulkan ocağının dərinliyi 3 kilometr olub, püskürmə 6 dəqiqə 20 saniyə davam edib.

Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb, davamlığı 3 dəqiqə 34 saniyə olub.

Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti