Makron: "Rusiya ilə əlaqələrə yenidən baxılacaq" - VİDEO

      Makron:    "Rusiya ilə əlaqələrə yenidən baxılacaq" -    VİDEO
  23 Sentyabr 2024    Oxunub:1489
Rəsmi Paris Ukraynada müharibə başa çatdıqdan sonra Moskva ilə münasibətlərini yenidən qiymətləndirəcək.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Parisdə Müqəddəs Egidiya İcmasının sülh naminə tədbirində çıxışı zamanı bildirib.

"Rusiya ilə əlaqələrimiz yenidən nizamlandıqda Avropanın yeni təşkilati strukturu haqqında da düşünməliyik. Yeni beynəlxalq nizamın qurulması ən böyük problemdir. Hazırda belə bir nizamı yaratmaq (Rusiyanın iştirakı olmadan - red.) natamam və ədalətsiz nəticə verər.", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Rusiya   münasibətlər  





Xəbər lenti