Şagirdlər kibertəhlükəsizlik sahəsində maarifləndirilib

Şagirdlər kibertəhlükəsizlik sahəsində maarifləndirilib
  23 Sentyabr 2024    Oxunub:613
23 sentyabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbirləri 102 və 276 nömrəli tam orta məktəblərdə keçirilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.

Ümumilikdə 200 şagirdin iştirak etdiyi təlimdə ETX-nin əməkdaşı “Kiberbullinqlə mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.

AzVision.az



Teqlər:





Xəbər lenti