ABŞ Türkiyə-Rusiya maliyyə əməliyyatlarına nəzarəti sərtləşdirib

ABŞ Türkiyə-Rusiya maliyyə əməliyyatlarına    nəzarəti sərtləşdirib
  24 Sentyabr 2024    Oxunub:801
Türkiyəli ixracatçılar ABŞ-nin sanksiyalarının təzyiqi nəticəsində Rusiya ilə biznes sahəsində bank problemlərinin həllində kömək istəmək üçün Amerikanın dövlət qurumlarına müraciətlər göndərir, lakin hələlik hər hansı bir rəsmi qərar yoxdur.
AzVision.az xəbər verir ki, Rusiyanın dövlət banklarından birindəki mənbə jurnalistlərə açıqlamasında belə deyib.

Bundan əvvəl isə, türkiyəli analitik Sərhat Lətifoğlu türk ixracatçılarının ABŞ-nin sanksiya təzyiqindən əziyyət çəkdiklərini, elektronika, metallurgiya və avtomobil istehsalı sahəsində ixracın 30% azaldığını bildirib.

“Biz, dövlət qurumları, Rusiya ilə birbaşa iş aparan ixracatçılarımızdan sorğular alırıq. Köçürmələrin alınmasında bizim tərəfimizdən problemlər var, biz bu vəziyyətin həlli üçün yanvar ayından etibarən aidiyyatı dövlət qurumları ilə əlaqə saxladıq. Amma hələ ki, problemin həlli yoxdur”, - xəbər agenliklərinə açıqlama verən mənbə deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   ABŞ  





Xəbər lenti