Livanda ölənlərin sayı 558-ə çatıb

 Livanda ölənlərin sayı  558-ə  çatıb
  24 Sentyabr 2024    Oxunub:781
Bazar ertəsindən başlayaraq İsrailin Livanın cənub və şərqindəki yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 558-ə yüksəlib.
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Firas Abyad jurnalistlərə açıqlamasında deyib.

"İsrailin Livanın müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 50-si uşaq, 94-ü qadın olmaqla 558-ə çatıb. Yaralıların sayı isə 1835-dir", - Abyad bildirib.
Xatırladaq ki, bundan əvvəl 492 dinc sakinin ölməsi və 1645 yaralının olması barədə məlumatlar yayılmışdı.
Xarici KİV-in yaydığı məlumata görə, sentyabrın 23-də İsrailin Livanda həyata keçirdiyi hava hücumları 1975-1990-cı illər vətəndaş müharibəsinin bitməsindən bəri ən yüksək gündəlik ölüm sayına səbəb olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti