Lukaşenko: "Müharibəyə hazırlaşmalıyıq!"

      Lukaşenko:    "Müharibəyə hazırlaşmalıyıq!"
  24 Sentyabr 2024    Oxunub:695
Belarus gələcəkdə müharibədədən qaçmaq üçün silahlı münaqişəyə hazırlaşmalıdır.
AzVision.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko: "Aİ və ABŞ Hitler Almaniyası kimi “müəllim” rolunu oynamaq istəyir"
Qeyd edilib ki, dövlət başçısı sentyabrın 24-də Obuz-Lesnovski poliqonuna baş çəkib. Baranoviçi ərazisində yerləşən hərbi obyektdə çıxış edən Lukaşenko qeyd edib ki, müharibə istəmir.

“Bu köhnə formuladır: sülh istəyirsənsə, müharibəyə hazırlaşmalısan. Ona görə də biz müharibəyə hazırlaşmalıyıq! Ümid edirəm ki, Belarusun iştirakı ilə hər hansı silahlı qarşıdurma baş verməyəcək”, - Lukaşenko səfər zamanı bildirib.

Belarus prezidentinin sözlərinə görə, regionda vəziyyətin gərginləşməsinə baxmayaraq, o, indi hansısa münaqişənin alovlanması istiqamətində tendensiya görmür.

Xatırladaq ki, Belarus lideri sentyabrın 17-də ölkəsinin geosiyasi rəqiblərinə açıq şəkildə müraciət ünvanlamışdı. O, aidiyyəti ölkələrin Minskə hücum planları barədə xəbərdar edib. Lukaşenkonun fikrincə, belə hərəkətlər üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Müharibə  





Xəbər lenti