AzVision.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Livandakı nümayəndəsinin müavini Etti Higgins Cenevrədə keçirilən brifinqdə deyib.
"Dünən ən azı 35 uşaq ölüb. Bu, Livanda son 11 ayda öldürülən uşaqların sayından (22 uşaq) çoxdur",- deyə o bildirib.
Məlumata görə, bir neçə uşaq hələ də dağıntılar altında qalıb.
Qeyd edək ki, bazar ertəsindən başlayaraq İsrailin Livanın cənub və şərqindəki yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 558-ə yüksəlib.
Həmidə İbrahimova
AzVision.az