Çin XİN: "ABŞ Yaxın Şərqdə müsəlmanları məhv edir"

      Çin XİN:    "ABŞ Yaxın Şərqdə müsəlmanları məhv edir"
  26 Sentyabr 2024    Oxunub:994
"Birləşmiş Ştatlar Çində müsəlmanların insan haqlarına hədsiz diqqət yetirir. Bununla yanaşı ABŞ müsəlman olan mülki şəxslərin qurbana çevrildiyi Yaxın Şərqdəki münaqişəni dəstəkləyir".
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq İ Nyu-Yorkda bir sıra ölkələrin xarici işlər nazirlərinin toplantısında çıxışı zamanı deyib.

İran: "Müharibə olsa, Livanın müdafiəsinə qalxacağıq"
"Çindəki müsəlmanlar arasında insan haqlarına bu qədər əhəmiyyət verən ABŞ niyə Yaxın Şərq kimi bölgələrdə müharibələri təhrik etməyə və ya dəstəkləməyə davam edir?",- nazir sual edib.

O qeyd edib ki, ABŞ-nin müvafiq siyasəti mülki əhali arasında çoxlu sayda itki və ciddi tələfatlara səbəb olur. Buna görə də Vanq İ ABŞ-ni ikili standartlar siyasəti yürütməkdə ittiham edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Çin  





Xəbər lenti