Yaponiya vətəndaşlarını Livandan çıxmağa çağırıb

   Yaponiya vətəndaşlarını Livandan çıxmağa çağırıb
  27 Sentyabr 2024    Oxunub:986
İsrail və Livanın "Hizbullah" terror təşkilatı arasında şiddətlənən münaqişə səbəbi ilə təhlükə vəziyyəti nəzərə alan Yaponiya öz vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.
Bu barədə ölkənin Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi məlumat yayıb.

"Hazırda Livanda yaşayan vətəndaşlarımızın təhlükəsizliyi ilə əlaqədar yoxlanışlar aparırıq. Müntəzəm kommersiya reysləri fəaliyyət göstərdiyi müddət ərzində onları ölkəni tərk etməyə çağırırıq", - o vurğulayıb.

Onun sözlərinə görə, hökumət həmçinin vətəndaşların lazımi şəraitdə evakuasiyasını həyata keçirmək məqsədilə İordaniyaya hərbi təyyarələr göndərməyi planlaşdırır.

Yeri gəlmişkən, artıq bir sıra ölkə, o cümlədən İtaliya, Belçika, Britaniya, ABŞ, Rusiya, Hindistan, Avstraliya və Malayziya da öz vətəndaşlarına Livanı tərk etməyi və ya bu ölkəyə səyahət etməməyi tövsiyə edib.
Livan XİN rəhbəri: "Gərginlik bütün regiona yayıla bilər"

Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində bu qruplaşma ilə İsrail arasında münaqişə daha da şiddətlənib. Ötən gün İsrail Hərbİ Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin ali hərbi komandiri İbrahim Qübeysi həyatını itirib. Co Bayden və Emmanuel Makronun bu gün münaqişənin həlli istiqamətində tərəfləri atəşkəsə çağırıblar. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bu çağırışa müsbət cavab verildiyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Yaponiya   Livan   vətəndaş   xəbərdarlıq  





Xəbər lenti