Şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib

   Şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib
  28 Sentyabr 2024    Oxunub:819
Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib.
AzVision.az xəbər verir ki, xatirə turnirində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Rapid yarışında 10 xal toplayan qrosmeyster blitsdə aktivinə 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin qalibi olub.

Özbəkistanlı Nodirbek Abdusattorov (18) ikinci, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov (16) isə üçüncü yeri tutub.

Qeyd edək ki, memorial Azərbaycan Şahmat Federasiyasının, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 10-cu dəfə təşkil olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti