Fransada məmur dövlət vəsaitini mənimsəməkdə ittiham olunur

Fransada məmur dövlət vəsaitini mənimsəməkdə ittiham olunur
  28 Sentyabr 2024    Oxunub:871
Fransanın Nuvel Akiten (Nouvelle-Aquitaine) regionunun sədri Alen Russe 2015-ci il seçki kampaniyası zamanı dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu haqda yerli mətbuatda məlumat verilib.

Bildirilir ki, Nanterre məhkəməsinin istintaqa cavabdeh olan müstəntiqləri keçmiş deputatın seçki kampaniyasını həyata keçirmək üçün regionun resurslarından istifadə etməsindən şübhələnirlər. Alen Russenin keçmiş əməkdaşı David Angevin 2021-ci ilin mart ayında Bordo prokurorluğuna təqdim etdiyi hesabatdan sonra Milli Maliyyə Prokurorluğu tərəfindən araşdırmalar başlayıb.

“Təhqiqatların yaxşı niyyətimi nümayiş etdirəcəyinə şübhəm yoxdur”, - deyə A.Russe mətbuata açıqlamasında bildirib. O əlavə edib ki, Nanterre məhkəməsinin müstəntiq hakimləri tərəfindən dinlənilib və heç bir məhkəmə nəzarətinə məruz qalmır. Deputat ona qarşı irəli sürülən ittihamları rədd edir.

Qeyd edək ki, bu, Fransada məmurların dövlət vəsaitlərini mənimsəməsi ilə bağlı ilk iş deyil. Avqust ayında Overny- Ron-Alp regionunun sədri Loran Vokye də seçki kampaniyası zamanı dövlət vəsaitini mənimsəməkdə ittiham olunmuşdu. O, vəsaiti qaytaracağına söz vermişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti