Vətəndaşların çoxu Paşinyandan narazıdır

   Vətəndaşların çoxu Paşinyandan    narazıdır
  05 Noyabr 2024    Oxunub:988
“Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan ölkədə keçirdikləri növbəti sorğunun nəticələrini təqdim edib.
AzVision.az xəbər verir ki, açıqlanan nəticələrə əsasən, respondentlərin 57,6%-i Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətindən narazıdır.

O cümlədən, rəyi soruşulanların 41,5%-i Paşinyanın fəaliyyətindən “qətiyyən narazı” olduğunu, 16,1%-i isə “kifayət qədər narazı” olduğunu bildirib.

Sorğuda iştirak edənlərin yalnız 14,1 faizi baş nazirin işindən “birmənlı şəkildə” razı olduğunu, 20,4 faizi isə “daha çox razı” olduğunu deyib. Respondentlərin 7,9%-i isə qoyulan suala cavab verməkdə çətinlik çəkiblər.

Oktyabrın 24-dən oktyabrın 30-dək telefonla keçirilən sorğuda 1100 respondent iştirak edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   "Gallup"   sorğu  





Xəbər lenti