İcra başçısı “Şöhrət” ordeni ilə təltif edildi

İcra başçısı “Şöhrət” ordeni ilə təltif edildi
  16 İyul 2014    Oxunub:942
Prezident İlham Əliyev Tofiq Zeynalovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Tofiq Məhəmmədəli oğlu Zeynalov "Şöhrət" ordeni ilə təltif edilir.

İlham Əliyev həmçinin, Rasim Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilir.

Qeyd edək ki, T.Zeynalov Tovuz rayonunun icra başçısıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti