Maskın sərvəti 26,5 milyard dollar artıb

Maskın sərvəti 26,5 milyard dollar artıb
  07 Noyabr 2024    Oxunub:534
"X" şirkətinin sahibi və amerikalı iş adamı İlon Maskın sərvəti ABŞ-dəki prezident seçkiləridən sonra 26,5 milyard dollar artıb.
AzVision.az xəbər verir ki, bu barədə Bloomberg Milyarderlər İndeksi (BBI) məlumat yayıb.

Mask möhtəkirlərlə mübarizədə Trampa dəstək verəcək
Qeyd olunur ki, Tesla səhmləri çərşənbə günü bazar bağlanışında 14,75% bahalaşaraq Maskın sərvətini artırıb. 290 milyard dollarlıq sərvəti ilə o, hələ də BBI reytinqində birinci yerdədir.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Tramp qalib gəlib. O, seçkidən əvvəl demişdi ki, seçiləcəyi təqdirdə onun ən yaxın tərəfdarlarına - milyarder İlon Maska və siyasətçi kiçik Robert Kennediyə gələcəkdə vəzifələr veriləcək.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İlonMask   ABŞ  





Xəbər lenti