"İran Zəngəzurdakı infrastruktur layihələrində iştirakını artırır" - Qukasyan

   "İran Zəngəzurdakı infrastruktur layihələrində iştirakını artırır"    - Qukasyan
  07 Noyabr 2024    Oxunub:693
"İran Zəngəzurdakı infrastruktur layihələrində iştirakını artırır, Ermənistanın nəqliyyat əlaqələrini və tranzit potensialını gücləndirir".
Bunu Ermənistanın Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan Qafanda keçirilən “Ermənistan-İran: əməkdaşlıq və perspektivlər” adlı seminarda iranlı sərmayədarları bölgəyə cəlb edən sahələr haqqında danışarkən deyib.

"İran tərəfi ilə əməkdaşlıq mühüm sahələri, o cümlədən yol tikintisi və mədən işlərini əhatə edir. Həmçinin, Şimal-Cənub layihəsi hər iki ölkə üçün əsas, açar rolunu oynayır", - Qukasyan vurğulayıb.

Son bir ildə həm Zəngəzurda, həm də İrəvanda haqqında söz açılan sahələr üzrə mühüm görüşlər keçirilib. Qubernator qeyd edib ki, “Şimal-Cənub” layihəsinin uğurla həyata keçirilməsi üçün Ermənistan öz infrastrukturunu modernləşdirməli olacaq: "Bu isə İranla nəqliyyat əlaqələrini asanlaşdıracaq və sərhəddə imkanları artıracaq".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti