COP29 I Leyla Əliyeva Azərbaycan pavilyonunda

      COP29 I    Leyla Əliyeva Azərbaycan pavilyonunda
  11 Noyabr 2024    Oxunub:1075
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov tədbirin keçirildiyi məkana baş çəkib, burada yerləşən Azərbaycan pavilyonunu ziyarət ediblər.

Qeyd edək ki, noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə ölkəmizdə baş tutur. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti