Korrupsiyaya qarşı Komissiya görülən işləri açıqladı

Korrupsiyaya qarşı Komissiya görülən işləri açıqladı
  17 İyul 2014    Oxunub:1006
Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2014-cü ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov Komissiyanın 2014-cü ilin I yarımilliyinin hesabat dövründə görülən işlərdən söz açıb.

AzVision.az-ın məlumatına görə, V.Hüseynov vurğulayıb ki, hesabat dövründə Bakıda 4-cü “ASAN Xidmət” mərkəzinin yaradılması ilə Bakı rayonlarının qeydiyyatı ilə bağlı məhdudiyyət aradan qaldırılıb.

“Bundan başqa fevral ayında Prokurorluq haqqında qanuna dəyişiklik edildi. Bununla da Korrupsiyaya qarşı Mübarizə İdarəsi statu qaldırılaraq baş idarə statusunu aldı. Bu idarənin səlahiyyətlərinin və fəaliyyət istiqamətlərinin genişləndirilməsini təmin edəcəkdir. May ayından başlayaraq “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə mindi ki, bu da QHT-lər və onların qanunların qəbul olunmasında iştirakı üçün əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinin rəhbərlik müddətinin başlaması və fəaliyyəti ərzində korrupsiya ilə mübarizənin prioritet olacağı vurğulandı”.

V.Hüseynov vurğulayıb ki, idarənin əsas fəaliyyət istiqamətlərindən biri də korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən fəaliyyət planlarını qiymətləndirməkdir: “Azərbaycanda 2012-ci ildən başlayaraq iki illik fəaliyyət planı mövcuddur. Bunlar açıq hökumətin tətbiq edilməsi və korrupsiyaya qarşı mübarizə planlarıdır. Qiymətləndirmənin nəticəsinə görə bu fəaliyyət planı 64% icra edilib. Fəaliyyət planlarında müxtəlif qurumlar üçün konkret vəzifələr müəyyən edilib. Bu o deməkdir ki, qurumlar tərəfindən informasiyaların əlçatanlığı, vətəndaşların qəbulu, maliyyə şəffaflığının təmin edilməsi üzrə tədbirlər həyata keçirilmişdir. Məsələn, 88% dövlət qurumları öz fəaliyyətləri ilə bağlı məlumatları internet səhifələrində yerləşdirirlər. Əgər biz 2011-ci ildə dövlət qurumlarının internet səhifələrinin yaradılmasını tələb edirdiksə, indi aşkar edirik ki, dövlət qurumları fəaliyyətləri barədə məlumatları internet səhifələrində dərc edirlər”.

V.Hüseynov qeyd edib ki, Korrupsiyaya qarşı mübarizə komissiyanın sifarişi ilə sorğu keçirilib və ilkin nəticələrə görə vətəndaşlar gündəlik həyatlarında bunun müsbət nəticəsini hiss edir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti