Bu il sərhədi pozan 301 nəfər saxlanılıb

   Bu il sərhədi pozan 301 nəfər saxlanılıb
  22 Noyabr 2024    Oxunub:536
“Son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub, tərəfimizdən görülmüş tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin edilib, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb”.
AzVision.az xəbər veirr ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov deyib.

“Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılmış, eyni zamanda ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmış, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil etmişdir”,- deyə, o bildirib.

AzVision.az


Teqlər: DSX  





Xəbər lenti