Annalena Berbokun ərindən boşandığı elan olunub

Annalena Berbokun ərindən    boşandığı    elan olunub
  23 Noyabr 2024    Oxunub:819
Almaniyanın Xarici İşlər naziri Annalena Berbok və onun əri Daniel Holeflyayş 17 illik ailə həyatından sonra boşandıqlarını açıqlayıblar.
AzVision.az xəbər verir ki, artıq keçmiş həyat yoldaşlarının bəyanatın istinad edən Almaniyanın “Bild” nəşri belə məlumat yayıb.

“Onların evliliyi ilə bağlı şayiələr uzun müddətdir ki, Berlində dolaşır. İndi Xarici İşlər naziri Annalena Berbok və əri Daniel Holeflyayş təsdiqləyirlər: 17 illik evlilikdən sonra onların sevgisi bitib”, - qəzet yazıb.

Bununla yanaşı, cütlük hələ də özləri üçün yeni partnyorlar tapmadıqlarını və üstəlik, doqquz və 13 yaşlı iki qızları ilə Potsdamda yaşamağa davam etdiklərini bildiriblər.

“Bild” qəzeti, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçirilən 29-cu sessiyasında Berbokun barmağında nikah üzüyünün olmamasına da diqqət çəkib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Berbok   boşanma  





Xəbər lenti