Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək

Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək
  26 Noyabr 2024    Oxunub:275
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyinə söz verib.
AzVision.az xəbər verir ki, o, bu barədə "Truth Social" səhifəsində yazıb.

Tramp ordudakı 15 min transseksualı işdən çıxaracaq
“Hər kəs Meksika və Kanadadan minlərlə insanın ABŞ-yə gəldiyini bilir, buna görə də cinayət və narkotik ticarəti görünməmiş səviyyəyə çatıb.

Yanvarın 20-də mənim ilk icra əmrlərimdən biri Meksika və Kanadaya ABŞ-a göndərilən bütün mallara 25% tarif tətbiq etmək üçün bütün lazımi sənədləri imzalamaq olacaq”, - deyə o bildirib.

Bundan əlavə, ABŞ-nin yeni seçilmiş prezidenti Pekinin ABŞ-yə dərman tədarükü ilə mübarizə tədbirlərinin səmərəsizliyi səbəbindən Çinə əlavə rüsumlar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   DonaldTramp  





Xəbər lenti