Astronavtların Aydakı fotolarında ulduzlar niyə görünmür?

Astronavtların Aydakı fotolarında ulduzlar niyə görünmür?
  04 Dekabr 2024    Oxunub:330
Astronavtların Ayın səthindən çəkdikləri tarixi fotolarda heç kimin diqqət etmədiyi bir detal var. Bu, səmada ulduzların görünməməsidir.
Əslində isə kainatımızdakı ulduzlar Ayın səthindən də görünürlər. Sadəcə olaraq onlar gözümüzdə Yerdəkindən fərqli əks olunurlar.

1969-cu ildə Aya ayaq basan ilk insan kimi tarixə düşmüş "Apollo 11" missiyasının astronavtı Nil Armstronq və onun həmkarı Buz Oldrin də ulduzları görmədiyini deyiblər.

Aya enən ilk astronavtlar ulduzları görə bilmədiyi halda, Yerin peykinin orbitində komanda modulunda hərəkət edən digər NASA astronavtı Maykl Kollinz üçün kosmosa heyrətamiz mənzərə açılıb. O, parlaq ulduzlar gördüyünü xatırladıb.

"Apollon 7"-nin sonuncu astronavtı vəfat edib
Tarixi "Apollon" missiyasında iştirak etmiş astronavtların Ayın səthində çəkdiyi fotoşəkillərə baxsanız, həmin kadrlarda ulduzların düşmədiyinin şahidi olarsınız. Mütəxəssislər deyirlər ki, bu amil NASA-nın məlum fotoları saxtalaşdırmasına, həmin dövrdə heç kimin Aya ayaq basmamasına dair nəzəriyyələrin doğruluğunu təsdiqləmir.

IFLScience yazıb ki, məlum şəkillərdə arxa planda olan ulduzların kadrlarda görünməməsinin sadə izahı var.

Əsas səbəblərdən biri onların gündüz saatlarında Yerin peykinə enmələridir. Yəni, Günəş həmin saatlarda olduqca parlaq şəfəq saçırmış ki, astronavtlar da ulduzları adi gözlə belə görməyiblər.

Həmçinin Ayın səthində olarkən ulduzları Yerdəki kimi görmək istəyirsinizsə, o zaman optik avadanlıqlardan istifadə etməlisiniz. Ulduzlar ona görə yerdəki kimi görünmürlər ki, biz planetdə olarkən atmosfer qatı ulduzların görünüşünü bir qədər fərqli edir.

Bundan başqa, astronavtlar ilk növbədə Ayın səthinin və özlərinin fotoşəkillərini çəkməyə diqqət ayırıblar. Beləliklə, onlar Yerin peykinin parlaq şəkildə işıqlandırılmış səthini və onun üzərindəki avadanlıqları lentə almaq üçün qısa, sürətli kadrlar lentə alıblar. Kamera isə əsasən üzü səmaya deyil, Ayın səthinə fokuslanıb. Nəticədə, arxa planda heç bir ulduz görünmür.

Lakin 1972-ci ildə "Apollon 16" missiyasının astronavtları Ayın səthində kamera və spektroqrafla təchiz edilmiş ilk Ay teleskopunu quraşdırdılar. Bunun sayəsində teleskopla çəkilən fotoşəkillərdə ulduzları görmək olar.

Bu Ay teleskopu sayəsində ilk dəfə olaraq Ayın səthindən ulduzların və Yerin fotoşəkillərini çəkmək mümkün olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ay   Astronavt  





Xəbər lenti