"Təyyarə qəzasından sağ çıxan rusların vəziyyəti ağırdır" - Kuznetsov |
O da qeyd edilib ki, bütün meyitlər məhkəmə-tibbi ekspertiza mərkəzinə göndərilib.
“Onların arasında altı Qazaxıstan vətəndaşı və üç ekipaj üzvü də var”, - Fövqəladə Hallar Nazirliyinin məlumatında yazılıb.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 5 ekipaj üzvü olmaqla 69 nəfər olub. Onlardan 32 nəfər sağ qalıb.
Tural Tağıyev
AzVision.az