HƏMAS: "İlk razılaşmada 34 əsiri azadlığa buraxacağıq" - FOTO

  HƏMAS:  "İlk razılaşmada 34 əsiri azadlığa buraxacağıq" -  FOTO
  06 Yanvar 2025    Oxunub:901
Səudiyyə Ərəbistanının "Asharq News" xəbər agentliyi Fələstinin HƏMAS terror təşkilatı ilə İsrail arasında mümkün atəşkəs və əsir mübadiləsi sazişinin ilk mərhələsində terrorçuların azadlığa buraxmağa razılıq verdikləri 34 İsrail vətəndaşının siyahısını yayımlayıb.
HƏMAS-ın adı çəkilməyən ali rütbəli komandirlərindən birinin agentliyə verdiyi məlumata görə, siyahıdakı əsirlər həm hərbçilər, həm də mülki şəxslər, xüsusilə də qadınlar və qocalardır: ümumilikdə, 2 uşaq, 10 qadın, 11 qoca kişi, eləcə də 50-dən az daha 11 kişi.

"Mübadiləsi sazişi çərçivəsində azadlığa buraxacağımız ilk 34 nəfər adları artıq rəsmi Tel-Əvivlə razılaşdırılıb", - o deyib.

Digər tərəfdən, ABŞ Dövlət katibi Antoni Blinken Cənubi Koreyanın paytaxtı Seula səfəri əsnasında yerli mətbuata açıqlamasında İsrail-HƏMAS atəşkəs danışıqlarının növbəti mərhələsinin yaxın günlərdə Qətərin paytaxtı Dohada baş tutacağını diqqətə çatdırıb.
Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   əsirlər   ABŞ  





Xəbər lenti