Trüdo istefa verə bilər

   Trüdo istefa verə bilər
  06 Yanvar 2025    Oxunub:777
Kanadanın Baş naziri Castin Trüdonun cəmiyyət və hökumətdə ona qarşı etimadın azalması fonunda istefa verəcəyi bildirilir.
Bu barədə ilk məlumatı 3 mənbəyə istinadla ölkənin "The Globe and Mail" qəzeti yayıb. İstefa qərarının çərşənbə günü keçiriləcək milli kokusun iclasından qabaq verilməsi gözlənilir.

Anqus Rid İnstitutunun dekabrın 24-də keçirilən rəy sorğusuna əsasən, ölkə əhalisinin təqribən 68%-i 2015-ci ildən bəri Baş nazir vəzifəsini tutan Castin Trüdodan narazıdır və seçicilərin yalnız 28%-i onu dəstəkləyir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kanada   baş-nazir   istefa  





Xəbər lenti