SAXAL: "2023-cü il hücumunun iştirakçıları məhv edilib"

   SAXAL:    "2023-cü il hücumunun iştirakçıları məhv edilib"
  08 Yanvar 2025    Oxunub:587
İsrail təhlükəsizlik qüvvələri 7 oktyabr 2023-cü ildə bu ölkəyə hücumda iştirak etmiş HƏMAS hərəkatının yaraqlılarına zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) məlumat yayıb.

WSJ: “Bayden İsrailə mane olurdu”
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzza zolağının cənubunda Xan Yunisə endirilən zərbələr zamanı 7 oktyabr 2023-cü ildə İsrail ərazisində dinc əhalinin qətliamında iştirak etmiş terrorçuları məhv edib", - məlumatda qeyd edilib.

Bu xüsusi əməliyyatın hərbi kəşfiyyat və Şin Bet tərəfindən verilən məlumatlar əsasında həyata keçirildiyi iddia edilir. Reyddən əvvəl mülki şəxslərə dəyən zərərin minimuma endirilməsi, o cümlədən havadan müşahidə, əlavə kəşfiyyat məlumatlarının analizi və dəqiq idarə olunan hərbi sursatların istifadəsi ilə bağlı tədbirlər görülüb.

“SAXAL və Şin Bet 2023-cü il oktyabrın 7-də törədilən qırğında iştirak edən Həmas terrorçularına qarşı əməliyyatları davam etdirəcək”, - birgə bəyanatda qeyd olunub.

Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də Qəzzada HƏMAS yaraqlılarının İsrail ərazisinə sızmasından sonra kəskin şəkildə pisləşib. Yaraqlılar sərhəd yaşayış məntəqələrinin sakinlərini öldürüb sağ qalanları isə girov götürmüşdülər. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək məqsədi ilə anklavda hərbi əməliyyata başladı. Qəzzada döyüşlər və İordan çayının qərb sahilində toqquşmalar hələ də davam edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail  





Xəbər lenti