Kəlbəcərə kəfənlə gedən girov - VİDEO

Bu barədə Girovluqda olan Dilqəm Əsgərovun dostu Nəsib Nəbioğlu deyib.
Onun sözlərinə görə, Dilqəm boynuna kəfənini taxıb Kəlbəcərə gedirdi.
"Hec nədən qorxmadan çəkilişlər edirdi. Qəbirsanlıqlarımızı, dağıdılmış kəndlərimizi, rayonumuzu çəkib bizlərə göstərirdi. Dilqəm gec-tez girovluqdan azad olunmalıdır. Bununla bağlı artıq bütün siyasi qurumlara müraciyət olunub”.
Xatırladaq ki, iyulun 11-də işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlılar girov götürülüb. Onlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov olublar. Ermənilər Dilqəm və Şahbazı girov götürüblər, Həsən barədə isə heç bir məlumat verilməyib.
Bəzi mətbuat orqanlarında H.Həsənovun ermənilər tərəfindən öldürüldüyü bildirilsə də Ermənistanın müdafiə naziri Seyran Ohanyan sadəcə azərbaycanlı "diversant" adlandırdığı qrupun ələ keçirildiyini deyirdi. (Ans)