Makron 5 ildən sonra ilk dəfə Livana gedir

   Makron 5 ildən sonra ilk dəfə Livana gedir
  17 Yanvar 2025    Oxunub:385
Fransa Prezidenti Emmanuel Makron bu gün 2020-ci ildən bəri ilk dəfə Livana səfərə yollanacaq.
Bu barədə ölkənin xarici işlər naziri Jan-Noel Barro Senatda Fransanın Yaxın Şərq siyasəti ilə bağlı müzakirələr zamanı çıxışında məlumat verib. Nazir bildirib ki, o da Makronla birgə Livana gedəcək.

"Səfərin məqsədi Livanda yeni hökumətin qurulmasını sürətləndirmək, islahatlara, yenidənqurmaya dəstək vermək məqsədi daşıyır", - o deyib.

Xatırladaq ki, ötən ilin noyabrında Livanda İsrail və "Hizbullah" arasında atəşkəs məhz Fransa və ABŞ-nin vasitəçiliyi nəticəsində baş tutmuşdu. Rəsmi Paris ABŞ və Səudiyyə Ərəbistanı ilə birgə Livanı siyasi dalana dirənməkdən qurtararaq, bu ölkədə yeni prezident və baş nazirin seçilməsinə töhfə verdi.

"Üç ay ərzində Livanı münaqişə mühitindən bərpa mərhələsinə keçməyə, yeni ümid səhifəsi açmağa kömək göstərdik. Hazırda Livanın yeni hökumət başçısı həm xalq həmrəyliyi, həm də beynəlxalq dəstək sayəsində dövlətin suverenliyinin bərpası, ölkənin qurulması istiqamətində qətiyyətlə çalışa bilər", - Barro öz çıxışında vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Livan   prezident   səfər  





Xəbər lenti