Paşinyan Rusiya ilə münasibətlərin "inkişafından" danışdı |
Bu ilin yanvarın 15-də isə Ermənistanın baş naziri özünün Telegram kanalındakı hesabında diqqət çəkən paylaşım etdi.
O, iddia edib ki, guya Rusiya Federasiyası ilə münasibətlər həmişəkindən daha praktikdir: "Biz bu münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və suverenliyə əsaslanaraq inkişaf etdirməyə çalışırıq”.
Qeyd edək ki, son zamanlar Rusiya-Ermənistan münasibətləri gərginliyin pik həddinə çatıb.
Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, ölkənin bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.
Tural Tağıyev
AzVision.az