“Ölkəmdə ilk olacağam” – Azərbaycanda oxuyan küveytli tələbə

      “Ölkəmdə ilk olacağam”    – Azərbaycanda oxuyan    küveytli tələbə
  02 Fevral 2025    Oxunub:590
“Azərbaycana gəlməmişdən qabaq bu ölkədəki universitetlər haqqında araşdırma apardım, onların tarixi ilə tanış oldum və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçdim”.
Bu sözləri AzVision.az -a ölkəmizdə təhsil alan küveytli tələbə Adiba Alfailakavi deyib. O burada maşın mühəndisi ixtisası üzrə təhsil alır.

- Universitet həyatını sevirəm. Tələbə həyatı təkcə mühazirələr, seminarlar, qeydlər deyil, həm də ünsiyyət, yeni tanışlıqlar, dostluq, idman, dərsdənkənar tədbirlərdə iştirakdır. Universitetdəki yerli tələbələr və müəllimlər çox mehribandırlar. Təhsilin perspektivlərinə gəlincə, tədrisin keyfiyyəti yüksək olduğundan onlar aydın görünür. Mən Azərbaycanda universiteti bitirib vətənə qayıdan ilk küveytli tələbə olacağam. Fikrimcə, bu yeni və unikal bir şeydir.

- Azərbaycana gəlməzdən əvvəl hansı gözləntiləriniz var idi?
- Düzünü desəm, heç bir xüsusi gözləntim yox idi, çünki nəsə gözləməyi sevmirəm, amma gördüm ki, tələbələr və müəllimlər bir neçə dildə - türk, rus, azərbaycan və ingilis dillərində danışırlar. Tələbə və müəllimlərin ikidən çox dildə danışması dünyada yeni bir hadisədir.

- ADNSU-da təhsilin səviyyəsi sizi qane edirmi?
- Bəli, bu universitetdə təhsilin səviyyəsindən çox razıyam. Dərs proqramı çox zəngindir. Mühazirələr yüksək səviyyədə keçirilir. Lakin Küveyt və Azərbaycan universitetlərində tədris üsulları çox fərqlidir.

- ADNSU-ya daxil olmaq istəyənlərə nə tövsiyə edərdiniz?
- Universitet seçərkən onun tarixinə diqqət yetirin, yaranma tarixini öyrənin. ADNSU-nun heyrətamiz tarixi var. Oxuduğum universitet ən yaxşı təhsili və müəllimləri axtaranlar üçündür. Tələbələr və müəllimlər çox mehriban və qayğıleşdirlər. Müəllimlər verdiyimiz konkret suallara mehribanlıqla cavab verirlər. Bu universitetdə tələbələr üçün yaradılan hər cür şərait məni qane edir.

Rolan Yusifov
AzVision.az

Bəs ölkəmizdə təhsil alan digər xarici tələbələr nə deyirlər?

“Yeni maraqlı hadisələr gözləyirəm” | Xarici tələbə
“Bura həqiqətən yaxşıdır” | Xarici tələbə
“Arzu edirəm, dostluğumuz əbədi olsun” | Xarici tələbə
“Azərbaycanda təhsil yaxşı fürsətdir” | Xarici tələbə
“Bakı yeni estetika yaradıb” | Xarici tələbə


Teqlər: Xarici-tələbə   Təhsil  





Xəbər lenti