21 yaşlı oğlan Kürdə batdı

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən təxminən 4 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimov batıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
AzVision.az
Teqlər: