Kosmik tullantılar mülki aviasiyaya təhlükə yarada bilər
![Kosmik tullantılar mülki aviasiyaya təhlükə yarada bilər Kosmik tullantılar mülki aviasiyaya təhlükə yarada bilər](https://azvision.az/photos/2025/02/KOS-1739262505.jpg)
Özəl şirkətlər tərəfindən geniş miqyasda peyk bürclərinin yerləşdirilməsi və kosmosa buraxılışların sayının artması mülki aviasiya üçün böyük risklər yaradır. Tədqiqatçılar müəyyən ediblər ki, bir təyyarənin kosmik tullantı ilə toqquşma ehtimalı 100 mind 1-ə bərabərdir. Hətta cəmi 1 qram ağırlığında olan kiçik bir fraqment təyyarənin kritik hissələrinə dəysə belə, bu, hava qəzası törədə bilər.
Hava nəqliyyatının yüksək sıxlığı olan ərazilərdə kosmik tullantıların illik təsir riski 0,8 faiz səviyyəsində qiymətləndirilir. Hadisələrin başvermə ehtimalının ən yüksək olduğu ABŞ-nin şimal-şərqində və Avropanın şimalındakı vəziyyət xüsusi narahatlıq doğurur.
Orbitdə 2300-dən çox raket qalığı var və bu nəhəng nəzarətsiz parçalar yenidən atmosferə daxil olarsa, uçuşlara potensial təhlükə yarada bilər. Bununla belə, kosmik missiyaların yalnız 35 faizi kosmosda tullantı buraxmır və təkrar emal edilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kosmik tullantıların təhlükəsiz utilizasiyası üçün müasir texnologiyalar tətbiq olunmasa, gələcəkdə vəziyyət daha da pisləşəcək. Müvafiq nəzarətin olmaması mühüm hava dəhlizlərinin bağlanmasını, beləliklə də, qlobal aviasiya sistemini əhəmiyyətli dərəcədə pozmasını şərtləndirə bilər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: kosmos tullantılar aviasiya