Orban: "Avropa İttifaqı öz-özünə dağılacaq"

"Əlbəttə, radikal dəyişiklik üçün iki-üç il möhlət lazımdır. Almaniya və Fransa lazımi çıxış yolunu tapmasa, yeni səhifə açmasa, ittifaqın mövcudluğu sual altında qalacaq. Macarıstanın Aİ-dən çıxmağına ehtiyac yoxdur, çünki ittifaq, onsuz da, öz-özünə dağılacaq", - Orban vurğulayıb.
Baş nazir diqqətə çatdırıb ki, onun bu fikirləri Avropa İttifaqının tənqidi deyil, amma "Aİ-nin qısa müddətdə köklü dəyişikliklərə ehtiyacı var".
Firudin Həmidli
AzVision.az
Teqlər: Macarıstan Aİ